Ölən deputat Aydın Həsənovun tarixi çıxışı: "Havayı pul gedir, seçkiləri ləğv edib ömürlük deputat qalaq"

SOSİAL
18:39 15.09.2017
8539
Xəbər verdiyimiz kimi,  Yeni Azərbaycan Partiyasının üzvü, eks millət vəkili Aydın Həsənov dünyasını dəyişib. 

AZXEBER.COM məlumat verir ki, 2009-cu ildə III çağırış seçkilərində Cəlilabaddan seçilmiş keçmiş millət vəkili ictimaiyyət arasında parlament seçkilərinin ləğv edilməsi kimi sensasion təklif verməsi ilə yadda qalıb. 
 
Parlamentin o dövürki iclasında çıxış edən Aydın Həsənov qalmqallı təklifi verməklə həmin dövürdə gündəm yaratmağa nail olmuşdu. Deputat Əvvəlcədən hazırlanmış yazılı mətni oxuyaraq bütün ictimaiyyətin qəzəbinə səbəb olan çıxışını dilə gətirmişdi. Bu təklif isə həm YAP-çı deputatlar tərəfindən, həm də müxalifət tərəfindən sərt tənqid edilmişdi:
 
"Gələn ilin dövlət büdcəsində seçkilərin keçirilməsi üçün böyük məbləğdə vəsait ayrılıb. Böhran dövründə bu qədər vəsaitin seçkiyə ayrılmasını lazımsız hesab edirəm. Hər dəfə seçkiləri müşahidə etmək üçün ölkəyə xaricdən çoxlu adam da gəlir. Onları qarşılayıb yola salmaq üçün xeyli vəsait xərclənir, onlar da gedib bizim haqqımızda müxtəlif rəy verirlər. Ona görə hesab edirəm ki, parlament seçkilərini keçirməyə ehtiyac yoxdur. Onsuz da Konstitusiyamıza yazılıb ki, hərbi əməliyyatlar dövründə seçkilər təxirə salına bilər. Müharibə şəraitində olan bir dövlət kimi biz qanunlara dəyişiklik edə bilərik. Mən parlament seçkilərinin təxirə salınmasını təklif edirəm. Birdə  burdakı deputatlar xalqın ən ləyaqətli övladlarıdır, o cümlədən mən də".
 
Qeyd edək ki, 2010-cu ildə keçirilən parlament seçkilərinə qatılmayan deputat mərhum deputat uzun sürən ağır xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

OXŞAR XƏBƏRLƏR