Ölən şəxslərin adına pul ödənilməsi faktları aşkarlandı - DSMF-də

Ölən şəxslərin adına pul ödənilməsi faktları aşkarlandı -  DSMF-də
SOSİAL
23:32 09.04.2016
2722
Keçən il Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində həyata keçirilən nəzarət tədbirlərinin nəticələri ilə bağlı audit həyata keçirilib.
Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.
Sənədə əsasən, şöbələrdə pensiyaların təyin edilməsi zamanı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi hallarına yol verilib. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, hüququ olmadan pensiyaların təyin olunması, pensiya təyinatında tələb olunan sığorta stajının və qanunvericiliklə sığorta stajına daxil olan dövrlərin, dövlət qulluqçularının dövlət məvacibinin və pensiya almaq hüququ olan ailə üzvlərinin tərkibinin, pensiya təyinatı müddətinin və məbləğinin, işləməyən əmək pensiyaçılarının baza hissəsinin üzərinə əmək qabiliyyəti olmayan ailə üzvlərinə görə əlavələrin düzgün hesablanmaması, pensiyaçıların vəfatından sonra da həmin şəxslərin adına olan hesabatlara vəsait köçürülməsi səbəblərindən artıq vəsait ödənilib.
Şöbələrin audit zamanı əmək pensiyaları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərindən (ƏƏSMM) sosial müavinət alanların adlı siyahısının üzləşdirilməsi nəticəsində ƏSMM-lər tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına artıq ödəmələrə yol verildiyi də müəyyən olunub. Belə ki, üzləşdirilmə nəticəsində əmək pensiyası hüququnun olmasına baxmayaraq əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən vətəndaşlara sosial müavinət ödənilməsi halları aşkar olunub. Artıq ödəmənin kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzində sosial müavinətlər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət üzrə müəyyən edilib.
Aparılan audit tədbirləri nəticəsində daxili nəzarət sisteminin səmərəli fəaliyyət göstərmədiyi aşkar olunub. Belə ki, auditin əhatə etdiyi dövr ərzində şöbələrdə aparılan inventarizasiyalar nəticəsində aşkar edilən artıq ödəmənin məbləği Hesablama Palatası tərəfindən aparılmış auditlər nəticəsində aşkar olunan artıq ödəmənin cəmi 3,5-ni təşkil edib. "Qeyd edilənlər nöqsanların təkrarlanma riskinin yüksək olduğunu göstərir", Palatanın hesabat sənədində bildirilib.
Funksional fəaliyyətdə müəyyən olunan nöqsanlarla yanaşı, nəzarət tədbirləri zamanı aparatın saxlanması ilə bağlı xərclərin icrasında bəzi nöqsanlara yol verildiyi aşkarlanıb. Bir sıra hallarda qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməməsi səbəbindən nəqliyyat vasitələrinin saxlanması, əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsində artıq vəsait ödənişinə yol verilib.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb