Lənətlənmiş futbolçu: Hər vurduğu qoldan sonra bir məşhur ölür - FOTOLAR

Lənətlənmiş futbolçu: Hər vurduğu qoldan sonra bir məşhur ölür - FOTOLAR
Bütün Xəbərlər
17:10 15.02.2012
3330

“Arsenal”ın 22 yaşlı futbolçusu Ramsey barəsində gəzən xəbərlər dünya idman ictimaiyyətində geniş yer tapıb.

AZXEBER.COM-un məlumatına görə, “Ramseyin Lənəti” adlandırılan futbolçu “Arsenal” formasında son 2 ildə vurduğu hər qoldan sonra bir məşhur həyatını itirib.

Ramseyin vurduğu 4 qol və həyatını itirən məşhurlar bunlardır:

01.05.2011: “Arsenal” – “Manchester United” oyununda vurduğu qolun səhəri günü, Əl Qaidənin köhnə lideri Usama Bin Laden ölüb.

02.10.2011: Gənc ulduz əzəli rəqibləri “Tottenham” ilə baş tutan görüşdə komandasının yeganə qolunu vurub. Üç gün sonra Steve Jobs ölüb.

19.10.2011: Çempionlar liqasında “Marsel”i 1-0 məğlub etdikləri qarşılaşmada da komandanın yeganə qolunu vurub və səhəri günü Livyanın keçmiş lideri Qəddafi öldürülüb.

Və son olaraq 11.02.2012 tarixində, “Arsenal”ın rəqib meydanında “Sanderlend”i 2-1 məğlub etdiyi görüşdə komandanın ilk qolunu vurub. Həmin günün axşamı dünyanın məşhur müğənnisi Vhitney Houston həyatını itirib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR