Lənkəran Dövlət Universitetinin tələbələri adı çəkilən universitetin əsas korpusun 4-cü mərtəbəsində lövhəyə vurulan "nizam-intizam" qaydalarının 8.9 cu bəndinə əsasən qızların hicabla,oğlanların isə saqqalla girişinə qadağa qoyulur! bəndinə kütləvi şəkildə etiraz edir.
Bu barədə sosial şəbəkələrdə də xeyli paylaşımlar olunub.
Universitetdə təhsil alan tələbələrin bildirdiyinə görə qərarın qəbul olunması üçün tələbələrə heç bir məlumat verilmədən blanklar paylanılıb, imzalar toplanılır.
Xatırladaq ki, hicaba qadağa Azərbaycan Respublikasının konstitusiyasına ziddir və verilən qərar bir başa ciddi qanun pozuntusudur.
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini təqdim etməyə hazırıq. (İNFOQRAF.com)
