Lənkəran sakini özünü quyuya atdı

Lənkəran sakini özünü quyuya atdı
Bütün Xəbərlər
16:17 19.07.2015
1025
Lənkəranda 26 yaşlı oğlan intihara cəhd edib.
APA-nın məlumatına görə, rayonun Kərgəlan kənd sakini, 1989-cu il təvəllüdlü Əli Bayramov intihar məqsədilə özünü yaşadığı evin həyətindəki su quyusuna atıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Onların səyləri ilə adı çəkilən şəxs quyudan çıxarılaraq Lənkəran Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti stabil kimi qiymətləndirilir.
Ə. Bayramovun əsəb pozğunluğundan əziyyət çəkdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR