Lənkəran Şəhər İcra Hakimiyyəti aksiya xəbərini təkzib etdi - AÇIQLAMA

Lənkəran Şəhər İcra Hakimiyyəti aksiya xəbərini təkzib etdi -  AÇIQLAMA
Bütün Xəbərlər
14:40 10.04.2013
1271

Bu gün bəzi saytlarda “Lənkəranda yol çəkənlər etiraz aksiyası keçirdilər” başlıqlı xəbər yayılıb. Lənkəran Şəhər İcra Hakimiyyətindən AZXEBER.COM-a verilən məlumata görə, bu tamamən yanlış informasiyadır. Məlumatda deyilir:  "Xəbərdə göstərilən tarixdə Qafqaz LTD-nin əməkdaşları tərəfindən heç bir etiraz aksiyası keçirilməmişdir.Həmin gün Qafqaz LTD-nin 17 nəfər işçisi Lənkəran Şəhər İcra Hakimiyyətinə gəlib İcra Başçısı tərəfindən qəbul olunmalarını xahiş ediblər. İcra Başçısı tərəfindən qəbul olunan işçilər mart ayı üçün əməkhaqqının ödənilməsinə və gələcəkdə göstərilən sahədə işlə təmin olunmalarına köməklik olunmasını xahiş ediblər".

"İcra Başçısı Qafqaz LTD-nin rəhbərliyi ilə əlaqə saxlamış və işçilərin mart ayı üçün əmək haqqının yaxın günlərdə ödənilməsi və işlər Azərinşaat MMC-yə təhvil veriləndən sonra da onların həmin təşkilatda işləməkdə davam edəcəkləri razılaşdırılmışdır.

Qəbulda içtirak edən vətəndaşlar onların qaldırdıqları məsələlərin həllindən razılıqlarını bildiriblər"

OXŞAR XƏBƏRLƏR