Lənkəranda 19 yaşlı oğlan qətlə yetirildi

Lənkəranda 19 yaşlı oğlan qətlə yetirildi
Bütün Xəbərlər
15:00 24.10.2013
659

Lənkəran rayonunda iki gəncin mübahisəsi bıçaqlanma ilə bitib.

Bu barədə rayon prokurorluğuna istinadən xəbər verir. Məlumata görə, hadisə rayonun Ləvəngi dairəsində qeydə alınıb.Lənkəran sakini, 1991-ci il təvəllüdlü Əmrah Məmmədov mübahisə zəminində həmyerlisi, şəhərin Nəsimi küçəsində yaşayan 1994-cü il təvəllüdlü Elvin Vəliyevi bıçaqlayaraq qətlə yetirib.Qeyd edək ki, 3 qardaşın olduğu ailədə Elvin əkiz qardaşlardan biri olub. Mərhumun sakit təbiətli və səyyar ticarətlə məşğul olduğu bildirilir.Hadisəni törədən Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

OXŞAR XƏBƏRLƏR