Lənkəranda 3 gün su olmayacaq

Lənkəranda 3 gün su olmayacaq
Bütün Xəbərlər
15:50 10.12.2013
682

Bu gündən etibarən 3 gün müddətinə Lənkəran şəhəri və bəzi kəndlərinin suyu kəsiləcək.

“Azərsu” ASC-dən APA-ya verilən məlumata görə, Xanbulan su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar dekabrın 10-12-də Lənkəran şəhəri, Bürcəli, Gərmətük, Kosalar, Yuxarı Nüvədi və Hirkan kəndlərinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

OXŞAR XƏBƏRLƏR