Lənkəranda 9 yaşlı velosipedçini maşın vurub

Lənkəranda 9 yaşlı velosipedçini maşın vurub
Bütün Xəbərlər
20:58 27.08.2015
833

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır-yol nəqliyyat qəzası baş verib.

AZXƏBƏR.COM xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə saat 19.00 radələrində rayonun Darquba kəndi ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini, 23 yaşlı Nahid Məlikzadə oğlu Məmmədzadənin idarə etdiyi "VAZ- 2106" markalı, 10 OP 466 dövlət nömrə nişanlı minik avtomobili yolda velosipedlə hərəkət edən Darquba kənd sakini, 9 yaşlı Samir Cəfərovu vurub. Sürücü dərhal xəsarət alan oğlanı maşınına qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıb.

MRX-dən  APA-nın yerli bürosuna verilən məlumata görə, qapalı kəllə-beyin travması ilə qəbul olunan yaralının həyatının qorunması üçün hazırda həkimlər tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR