Hadisə Lənkəran Boradigah magistral yolunun Veravul kəndindən keçən hissəsində yerləşən körpüdə baş verib
Lənkəranda avtomobil körpüdən dərəyə yuvarlanıb. ANS PRESS-in verdiyi məlumata görə,bu gün səhər saatlarında Lənkəran Boradigah magistral yolunun Veravul kəndindən keçən hissəsində yerləşən körpüdə baş verən hadisə nəticəsində, xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib.
"Opel" markalı 99 BH 594 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şağlaser kənd sakini 1985-ci il təvəllüdlü Ziya Zahirəddin oğlu İbrahimov qəflətən idarəetməni itirib və maşın dəyə yuvarlanıb. Hadisəyə eyni istiqamətdə hərəkətdə olan Cil kənd sakini 1993-cü il təvəllüdlü Famin Fərhad oğlu Fərzizadəyə məxsus VAZ 21099 markalı 42 BH 449 dövlət nömrə nişanlı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir .
Yol nəqliyyat hadisəsində avtomobillərə ciddi ziyan dəysə də xoşbəxtlikdən sürücülər qəzadan xəsarətsiz ötüşüb. Körpüdən dərəyə yuvarlanan opel markalı avtomobil hadisə yerinə gələn qaldırıcı kran vasitəsilə dərədən götürülərək cərimə meydançasına gətirilib.Faktla bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsində araşdırma aparılır.