Lənkəran rayonunda ağır yol qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Şağlaser kəndində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü, Əliyev Ağaziyad Miryunus oğlu "VAZ 2107” markalı avtomobillə vurulub.
Sürücü xəsarət alan şəxsi avtomobili ilə xəstəxanaya çatdırmaq istəsə də A.Əliyev yolda vəfat edib.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Sürücü izahatı alınmaq üçün polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
\Report