Lənkəranda avtomobillər toqquşdu, xəsarət alanlar var

HADİSƏ
21:24 06.01.2024
703
"Report"un cənub bürosunun məlumatına görə hadisə Ələt-Astara-İran dövlət sərhəd yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, "VAZ-2107" və "Ford" markalı avtomobillər toqquşub.
 
Nəticədə Astara rayonunun Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR