Lənkəranda avtoxuliqanlara qarşı reydlər davam edir

Lənkəranda avtoxuliqanlara qarşı reydlər davam edir
Bütün Xəbərlər
16:12 15.02.2013
1033

Ölkə ərazisində avtoxuliqanlıq edən, yan şüşələrə pərdə və plyonka çəkmiş sürücülərə qarşı reydlər davam etdirilir.

Bu reydlər Lənkəranda da həyata keçirilir.Lənkəran RPŞ-nin Dövlət Yol Polisi bölməsindən verilən məlumata görə, təkcə ötən gün ərzində 30-a yaxın avtomobildən görüntünü məhdudlaşdıran pərdə və plyonkalar sökülüb.Bundan əlavə, qanunsuz olaraq quraşdırılmış konstruksiyalar, maşını sərxoş şəkildə və sürücülük vəsiqəsi olmadan idarə edən şəxslər aşkar edilərək qanuna müvafiq tədbirlər görülüb. Maşınlar isə cərimə meydançasına aparılıb. Avtoxuliqanlıq edən bir neçə şəxs sürücülük hüququndan məhrum edilib, cərimə və 5 sutkalıq həbslə cəzalandırılıb.Polisin “Dur” əmrinə tabe olmayıb sürətlə ərazidən uzaqlaşan sürücülərə də rast gəlinib. Diqqətə çatdıraq ki, fevralın əvvəlindən start götürən reydlərdə 100-ə yaxın avtomobil cərimə meydançasına aparılıb.

OXŞAR XƏBƏRLƏR