Lənkəranda bomba həyəcanı yaradan şəxs tutuldu

Lənkəranda bomba həyəcanı yaradan şəxs tutuldu
Bütün Xəbərlər
16:17 21.09.2012
1015
Ötən gün saat 18:48 radələrində Lənkəran rayonu ərazisində, naməlum şəxs polisə zəng edərək, Lənkəran Mərkəzi rayon Xəstəxanası ilə üzbəüz yaşayış binasına bomba qoyulması və binanın partlayacağı barədə məlumat verib.
Rayon Polis İdarəsindən verilən məlumata görə, dərhal hadisə yerinə hüquq-mühafizə orqanları və digər aidiyyatlı şəxslər gedib. Lakin məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Araşdırmalar zamanı polisə zəng vuraraq yalan məlumat verən şəxsin Zamin Əzizov olması müəyyən edilib. Sərxoş vəziyyətdə olan həmin şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR