Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib. 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb. Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb. Faktla bağlı araşdırma aparılır.