Lənkəranda dini icma sədri məsciddə intihar etdi

HADİSƏ
18:18 20.10.2022
615
Lənkəranda dini icma sədri intihar edib.

Lənkəran rayonunun Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev məscidin həyətindəki anbarda özünü asıb.

O, intihar etməzdən əvvəl məktub yazıb. Məktubda "Heç kəsi incitməyin, nə ailəmi, nə də başqa birilərini. Heç kəsin günahı yoxdur, mən özüm edirəm" yazılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

İntiharın baş vermə səbəbləri araşdırılır.
 
///APA

OXŞAR XƏBƏRLƏR