Lənkəranda Formula-1 həyəcanı

Lənkəranda Formula-1 həyəcanı
İDMAN
11:26 21.02.2018
2116

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə "Sənin sürət formulan” devizi ilə keçirilən simulyatorda Formula-1 çempionatının Lənkəran mərhələsinin qalibi müəyyənləşib.

AZXEBER.COM-un məlumatına görə, Lənkəran şəhərinin 2, 4, 7 və 10 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin mübarizə apardığı çempionatda şəhər 10 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Azər Məmmədli yarışda fərqlənib. 15 yaşlı məktəbli simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə (1:49:206) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə göstərib.

Novruz bayramı ərəfəsində Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan A.Məmmədliyə sertifikat təqdim olunub.

O, qələbəyə görə böyük sevinc hissi keçirdiyini bildirərək deyib: "Yarışın qalibi olduğum üçün çox həyəcanlıyam və sevinc hissi keçirirəm. Yarış bir qədər çətin oldu. Çünki Bakı Şəhər Halqasında yarışmağın müəyyən çətinlikləri var. Təlimlərin keçirildiyi gün simulyatorlarda bir neçə dəfə sınaq yürüşləri etdim və qələbə qazanacağıma inanırdım. Nəhayət, qələbə qazandım. Lənkəranı Bakıda keçiriləcək final yarışında yüksək səviyyədə təmsil edərək orada da qalibiyyət əldə etmək istəyirəm. Hər il rayonumuzda belə yarışlar keçirilsə, çox yaxşı olar. Bu yarışa qatılan hər bir məktəbli çox sevinir və onlar növbəti illərdə bu yarışlarda iştirak etməyi indidən səbirsizliklə gözləyirlər”.

Qeyd edək ki, çempionata fevralın 19-da Lənkəranda start verilib. İlk gün şəhər orta məktəblərinin 200-dək yuxarı sinif şagirdi Azərbaycan Avtomobil Federasiyasının mütəxəssisləri tərəfindən keçirilmiş yol hərəkətinin təhlükəsizliyinə dair təlimlərdə iştirak edib. Simulyatorlar isə gün ərzində şəhər sakinlərinin istifadəsinə açıq olub. Fevralın 20-də isə təlimdə iştirak edən məktəblilər simulyatorda yarışıblar.

Çempionatla əlaqədar növbəti təlimlər və yarışlar Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubada keçiriləcək.

Simulyatorları daşıyan treyler fevralın 21-də Lənkərandan Şirvana yola düşəcək. Çempionatın bu şəhərdəki mərhələsi fevralın 22-23-də təşkil olunacaq.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir