Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
SOSİAL
12:40 09.05.2025
919
"İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə "Gənclərin Peşə Bələdçisi” layihəsi çərçivəsində düşərgə mərhələsinə start verilib.

Birliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarı ehtiyacları arasında körpü yaratmaq üçün "gənclərin peşə bələdçilərini” formalaşdırmağı hədəfləyir.

Lənkəranda keçirilən düşərgədə Respublikanın 16 müxtəlif regionundan 25 multiplayer iştirak edir. 4 günlük düşərgə çərçivəsində iştirakçılar üçün bir sıra praktiki və nəzəri təlimlər keçirilir. Təlimlərdə multiplayerlərə əmək bazarının tələbləri, peşə seçiminin əhəmiyyəti, karyera planlaşdırılması və müasir peşə imkanları barədə ətraflı məlumatlar təqdim olunur. 

Layihənin innovativ sessiyalarından biri olan "Peşə kitabxanası” metodu vasitəsilə şagird və valideynlərin peşə sahibləri ilə birbaşa görüşləri təşkil olunacaq. Bu görüşlər zamanı iştirakçılar real təcrübələr əsasında peşələr haqqında daha dolğun və obyektiv təsəvvür formalaşdıra biləcəklər. Eyni zamanda, iştirakçılara regionda fəaliyyət göstərən peşə müəssisələrinə təhsil səfərləri edərək, praktiki mühitlə yerində tanış olacaqlar.
Qeyd edək ki, layihə mərhələli şəkildə həyata keçirilir və düşərgədən əvvəl iştirakçılar üçün mütəxəssislər tərəfindən multiplayerlər üçün "Əmək bazarının analizi, gələcəyin peşə və bacarqıları”,  "Peşə təhsili iqtisadiyyatı və sənaye müəssisələrində peşə işçiləri”, "Peşə bələdçisi üçün ünsiyyət bacarığı” mövzularında onlayn təlimlər baş tutub.

Təlimlər proqramı başa çatdıqdan sonra iştirakçılar paytaxt və bölgələrə göndəriləcək və burada təhsilini davam etdirə bilməyən qızlarla, məktəblilərlə və digər gənclərlə, eyni zamanda valideynlərlə birbaşa görüşlər keçirəcəklər. Bu görüşlərdə ilkin məlumat sessiyaları ilə yanaşı, fərdi diaqnostika, bacarıq kəşfi və peşə yönləndirmə sessiyaları təşkil ediləcəkdir. 

Layihənin davamlılıq hissəsində, iştirakçılar bölgələrdəki gənclərlə qurulan əlaqələr vasitəsilə peşə təhsilinin əhəmiyyəti barədə məlumatlandırma prosesini davam etdirəcək, bəzən onlayn sessiyalar keçirərək dəstəyi davam etdirəcəklər. 

Nəhayət, layihəyə cəlb olunmuş tərəfdaşların vasitəsi ilə maarifləndirmə prosesinin uzun müddət davam etməsi, eləcə də peşə təhsili marağında olan gənclərin dəstəklənməsi davam edəcəkdir.

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı