Lənkəranda Heydər Əliyevin xatirəsi anıldı

Lənkəranda Heydər Əliyevin xatirəsi anıldı
Bütün Xəbərlər
00:08 06.12.2014
1701

Lənkəran Dövlət Universitetində dəyirmi masa

Dekabrın 4-də Lənkəran Dövlət Universitetində (LDU) “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri universitetin rektoru, fizika-riyaziyyat elm08ləri doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq, ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərindən danışıb.

Universitetin dosenti, filologiya elmləri doktoru, Dil və ədəbiyyat kafedrasının müdiri Yədulla Ağazadə, “Olaylar” qəzetinin bölgə müxbiri Hafiz Mirzə, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov və başqaları çıxış edərək, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirildiyi və onun yolunun layiqli davamçısı dövlət başçısı İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizin iqtisadi cəhətdən güclü, siyasi baxımdan qüdrətli, nüfuzlu dövlətə çevrilməsindən danışıbla.

Qeyd edilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Azərbaycanda quruculuq, sosial-abadlıq işləri genişlənib, elmə, təhsilə diqqət artıb. Çıxışlarda elmin, təhsilin və mədəniyyətin inkişafına göstərilən diqqət və qayğı yüksək qiymətləndirilərək, bildirilib ki, Lənkəran Dövlət Univeraiteti respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən biri olmaqla, öz fəaliyyətini Heydər Əliyev siyasi kursuna layiq qurmağa çalışır.

Tədbirdə universitet tələbələrinin “Heydər Əliyev və Azərbaycan tarixi” respublika intellektual yarışında iştirakından danışılıb. Bununla əlaqədar Universitetin magistrantı, “Heydər Əliyev və Azərbaycan tarixi” respublika intellektual yarışında LDU komandasının kapitanı Emin Həmidli, komandanın üzvlərindən tarix-coğrafiya müəllimliyi ixtisasının tələbələri Nərmin Əkbərzadə və Heydər Əkbərov məlumat verib.

Qeyd edilib ki, üç turda keçirilən respublika intellektual yarışında Azərbaycanın 44 ali məktəbin tələbələri iştirak edərək, Lənkəran Dövlət Universitetinin komandası üçüncü yeri tutub. Ümumrespublika yarışında birinci yeri tutmuş Bakı Slavyan Universitetinin komandası tədbirdə iştirak edirdi. Həmin universitetin baş müəllimi beynalxalq əlaqələr kafedrasının baş müəllimi Zümrüd Məlikova və universitetin tələbəsi Ülkər Ələsgərova çıxış edərək təəsüratlarını bölüşüb. Lənkəran Dövlət Universitetinə Bakı Slavyan Universiteti tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

“Heydər Əliyev və Azərbaycan tarixi” respublika intellektual yarışında qalib olan LDU komandasının üzvlərinə hədiyyə və pul mükafatları, fəxri fərmanda verilib. Universitetin rektoru, professor Asəf İsgəndərov qalibləri təbrik edərək, onlara elm və təhsil yollarında daha böyük nailiyyətlər arzulayıb. Tədbirdə elm və təhsil müəssisələrinin, ictimaiyyətin nümayəndələri iştirak edib.

 

OXŞAR XƏBƏRLƏR