Lənkəranda kişi meyiti tapıldı - FOTO

Lənkəranda kişi meyiti tapıldı -  FOTO
Bütün Xəbərlər
14:03 04.03.2014
1226

46 yaşlı rayon sakinin ölüm səbəbləri araşdırılır.

AZXEBER.COM CTV-yə istinadən bildirir ki, bu səhər Lənkəran-Lerik magistral yolunun Darquba kəndi ərazisindən keçən hissəsində, 45-50 yaşlarında naməlum kişi meyiti tapılıb. Hüquq mühafizə orqanlarına hadisə ilə bağlı məlumat saat 09:20-də daxil olub. Əməliyyat məlumatından sonra dərhal hadisə yerinə rayon prokurorluğu, polis əməkdaşları, eləcə də Təcili Tibbi yardım briqadası cəlb olunub.Meyit tapılan ərazidə tədqiqatlara başlanılıb. Üzərində hər hansı zorakılıq əlamətlərin olub-olmadığını aydınlaşdırmaq üçün meyit Lənkəran Məhkəmə-Tibbi ekspertiza şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra meyitin şəxsiyyəti dəqiqləşdirilib. Onun Lənkəran rayonunun Darquba kənd sakini, 1968-ci il təvəllüdlü Vasif  Həbib oğlu Rzayevolduğu məlum olub. Lənkəran Rayon Prokurorluğu ölümün səbəbi ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.

OXŞAR XƏBƏRLƏR