Lənkəranda motosikletlə yük maşını toqquşdu: Xəsarət alan var

Lənkəranda motosikletlə yük maşını toqquşdu: Xəsarət alan var
SOSİAL
11:26 17.02.2018
2561

Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

Hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində baş verib.

Motosikletlə "Ford" markalı yük maşınının toqquşması nəticəsində motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü Rizvan Hüseynov xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi  Xəstəxanasına çatdırılıb. R. Hüseynova ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

///APA
OXŞAR XƏBƏRLƏR