Lənkəranda Qusar sakinini cərəyan öldürdü - FOTO

Lənkəranda Qusar sakinini cərəyan öldürdü - FOTO
Bütün Xəbərlər
14:25 24.04.2014
1140
Lənkəran rayonunun Sütəmurdov kəndində bir nəfər elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.
AZXEBER.COM CTV-yə istinadən xəbər verir ki, kəndin ərazisində olan mobil operatorlardan birinin ötürücüsündə iş görmək üçün əraziyə gələn şirkətin əməkdaşı 35-40 yaşlarında olan Şahlar Nurməmmədov ötürücünün yaxınlığındakı transformatorda elektrikin olmadığını zənn edərək ona toxunub və nəticədə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə dərhal rayon polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Mərhumun Qusar sakini olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR