Lənkəran rayonunda bu gün saat 16-50 radələrində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bu barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə rayonun Cil kənd sakini, 24 yaşlı Pərviz Nəbi oğlu Babayevin idarə etdiyi “KamAZ” markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirib və “Veravulçay”ın üzərindəki körpüdən çaya aşıb.Sürücü müxtəlif bədən xəsarətləri aldığından hadisə yerindəcə keçinib.Faktla bağlı araşdırma aparılır.