Lənkəranlı gənclər dini radikalizmə və ekstremizmə qarşıdır

Lənkəranlı gənclər dini radikalizmə və ekstremizmə qarşıdır
SOSİAL
14:13 27.07.2016
1115
"Gənclərin İnkişafına Dəstək” İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə "Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması” adlı layihəsi çərçivəsində 22 İyul 2016 – cı il tarixində Lənkəran şəhərində yekun konfransını keçirmişdir. 
AZXEBER.COM-un məlumatına görə, tədbirdə fəal gənclərlə yanaşı, Lənkəran Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə nümayəndələri, Lənkəran şəhər icra aparatının nümayəndələri, Lənkəran rayon Dini İcmanın nümayəndəsi, müxtəlif idarə və təşkilat nümayəndələri və digər rayon ziyalıları və ağsaqqalları iştirak etmişlər.Konfrans Gənclərin İnkişafına Dəstək ictimai birliyinin rəhbəri Murad İbrahimov tərəfindən açıq elan edilmiş və torpaqlarımızın bütövlüyü uğrunda şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. O, layihə çərçivəsində ayrı-ayrı rayonlarda keçirilən tədbirlərdən və gənclərlə olan görüşlərdən danışaraq onların vətənpərvər ruhda olduqlarından söz açmış və bu cür tədbirlərin mütəmadi olaraq aparılmasının vacibliyini qeyd etmişdir. O, tədbir iştirakçılarını konfransın gündəliyi ilə tanış edərək konfransın işinə uğurlar arzu etmişdir.Daha sonra layihənin təlimlərinin hazırlanmasında və keçirilməsində rolu olan mütəxəssis t.e.n. Mobil Pencəliyev layihənin əhəmiyyətindən və gənclərin milli ruhda böyümələrinin faydasından söz açmışdır. O, ölkəmizdə heç bir fərq qoymadan insanların dini inanclarına hörmət bəsləməsindən və tolerant ölkə olaraq müxtəlif millətlərin dini inanclarına sahib çıxmaları üçün əlverişli şəraitin yaradıldığından söhbət açaraq, Azərbaycanın əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmasından və eləcə də mültikultural dəyərlərə sahib ölkə olaraq dünyaya bir nümunə olmasından bəhs etmişdir.Konfrans işini davam etməklə müxtəlif çıxışlar və müzakirələr aparılmışdır. Belə ki, Lənkəran Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Mehman Əliyev, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə nümayəndəsi Vüqar Şahbazov, Lənkəran rayon Dini İcmanın nümayəndəsi Samid Quliyev, müxtəlif idarə və təşkilat nümayəndələri və digər rayon ziyalıları çıxış edərək Azərbaycanın multikultural dəyərlərə sahib ölkə olduğundan söhbət açaraq insanların dini inanclarından istifadə etməklə onları radikallığa və ekstremizmə sövq etmək kimi mənfi halların yolverilməz olduğu bildirilmişlər.Konfrans, iştirakçıların sorğu-sualları ilə yekunlaşmaqla, sonda Azərbaycanın dövlət himni səsləndirilmiş və iştirakçılarla xatirə şəkili çəkilmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Kişilər məndən qorxur, çünki..." - Roza
21:05 22.08.2025
"Kişilər məndən qorxur, çünki..." - Roza
Tramp Putin və Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyi üstün tutur
20:50 22.08.2025
Tramp Putin və Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyi üstün tutur
Ağdarədə dağlıq ərazidəki yanğın söndürüldü - VİDEO
20:44 22.08.2025
Ağdarədə dağlıq ərazidəki yanğın söndürüldü - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTOLAR
20:31 22.08.2025
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTOLAR
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
20:22 22.08.2025
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
Məcburi köçkün, yaralanan və girovluqda işgəncə görən şəxslər məhkəmədə ifadə veriblər
20:16 22.08.2025
Məcburi köçkün, yaralanan və girovluqda işgəncə görən şəxslər məhkəmədə ifadə veriblər
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu oldu
20:09 22.08.2025
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu oldu
"Fənərbağça" Premyer Liqada çıxış edən futbolçunun keçidini açıqlayıb
19:48 22.08.2025
"Fənərbağça" Premyer Liqada çıxış edən futbolçunun keçidini açıqlayıb
La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib
19:33 22.08.2025
La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib
Trampın keçmiş müşavirinin evində axtarış aparılıb
19:20 22.08.2025
Trampın keçmiş müşavirinin evində axtarış aparılıb
İranda naməlum şəxslər patrul maşınlarına atəş açıblar, 5 polis həlak olub
19:09 22.08.2025
İranda naməlum şəxslər patrul maşınlarına atəş açıblar, 5 polis həlak olub
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
18:56 22.08.2025
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Niderland klubu "Bavariya"nın yarımmüdafiəçisi ilə güclənib
18:45 22.08.2025
Niderland klubu "Bavariya"nın yarımmüdafiəçisi ilə güclənib
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
18:32 22.08.2025
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
18:27 22.08.2025
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
18:22 22.08.2025
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb