Lənkəranlılar 'İsa Qəmbər, sizi gördük' və 'Sizi istəmirik' dedilər və başqana hücum etdilər: Yaralılar var

Lənkəranlılar
Bütün Xəbərlər
17:00 13.01.2013
3469
Müsavat başqanı İsa Qəmbərin korteji yanvarın 13-də Lənkəran şəhərində hücuma məruz qalıb.
Partiyadan AZXEBER.COM-a daxil olan məlumatda bildirilir ki, İsa Qəmbər Müsavat Partiyasının zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedib.

Lənkəran şəhərinin girişində 4 ədəd “QAZel” və 5-6 minik avtomobili İsa Qəmbərin kortejinin qarşısını kəsib. “Xəzər Lənkəran” futbol klubunun geyimlərində olan mülki şəxslər 100-dən artıq şəxsə rəhbərlik edib. Toplaşanlar İsa Qəmbərin maşınını dağıdıb, güzgülərini qırıb, maşının nömrələrini acıblar.

Onlar “İsa Qəmbər, sizi gördük” və “Sizi istəmirik” deyərək maşının qapılarını dağıdıblar. Partiyanın məlumatında bildirilib ki, hadisə zamanı Müsavat başqanının müavini Gülağa Aslanlı sağ ayağından xəsarət alıb, Ülvi Quliyev isə döyülüb.

Jurnalist Mehman Kərimov hadisənin videogörüntüsünü çəkərkən mülki geyimli şəxslər tərəfindən döyülərək maşına mindirilib, ərazidən uzaqlaşdırılıb. Mehman Kərimovun hara aparıldığı məlum deyil. Toplaşanlar müsavatçıların üzərinə yumurta atıblar. Daha sonra Lənkəran şəhərinə gedən yol “QAZel” markalı mikroavtobuslar və minik maşınları ilə kəsilib.

Məlumatda qeyd olunur ki, Müsavat başqanı Lənkəran şəhərindən geri qayıdıb. Yol boyu Müsavat başqanı başqa bir maşınla hadisə yerindən uzaqlaşdırılıb.

Müsavat Partiyasının digər üzvləri hələ də hadisə yerindədirlər.

Toplaşanlar arasında qadınlar və azyaşlı uşaqlar da olub.

Müsavat başqanı xəsarət almayıb.

Lənkəran şəhər-rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, hadisə barədə onlara məlumat daxil olmayıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov isə APA-ya açıqlamasında ünvanlarına səslənən ittihamları rədd edib: “Bizim İsa Qəmbərin Lənkərana gəlişindən xəbərimiz olmayıb, bu barədə hadisədən sonra xəbər tutmuşuq. Bizə verilən məlumata görə, İ. Qəmbərin qarşısını şəhid ailələri, imkansız insanlar kəsərək, onun gəlişinə etiraz ediblər. İ. Qəmbərin yenidən aranı qarışdırmaq məqsədilə Lənkərana gəldiyini deyən insanlar onun rayonu tərk etməsini istəyiblər. İcra nümayəndələrinin ünvanına səslənən ittihamların heç bir əsası yoxdur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib