“Ölənlərin doğmalarına dəstək sözlərimi çatdırın” -Putindən başsağlığı

“Ölənlərin doğmalarına dəstək sözlərimi çatdırın” -Putindən başsağlığı
SİYASƏT
17:08 06.12.2015
2827

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevə başsağlığı məktubu göndərib.

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

“Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm”.

OXŞAR XƏBƏRLƏR