Leon Panetta: " - İsrail qərarsızdır"

Leon Panetta: " - İsrail qərarsızdır"
Bütün Xəbərlər
00:39 16.08.2012
995
ABŞ-ın müdafiə naziri Leon Panetta İsrailin hazırkı mərhələdə İranın nüvə obyektlərini bombalamaq məsələsində heç bir qərar vermədiyini bildirib.azxeber.com-un əldə etdiyi məlumata görə, Pentaqon rəhbəri deyib ki, İranın nüvə proqramı ətrafında yaranmış problemin diplomatik yola həlli məqsədilə müzakirələr aparılması üçün hələ zaman var:
“ - Daha əvvəl də söylədim, indi də söyləyirəm. İsrailin İrana hazırkı mərhələdə hərbi müdaxilə edib-etməmək məsələsində qərar verdiyini düşünmürəm”. L.Panetta vurğulayıb ki, İsrail milli mənafeyinə uyğun olduğuna inandığı qərarlar verən suveren bir dövlətdir.
OXŞAR XƏBƏRLƏR