Di Kaprio özündən 22 yaş kiçik sevgilisindən ayrıldı - FOTO

Di Kaprio özündən 22 yaş kiçik sevgilisindən ayrıldı - FOTO
MAQAZİN
15:29 01.09.2022
450
Leonardo Di Kaprio və ondan 22 yaş kiçik sevgilisi Camila Morrone ayrılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünya şöhrətli aktyor Leonardo Di Kaprio 4 ildir birlikdə olduğu sevgilisi Camila Morrone ilə ayrılıb. 

Onlar arasında hər hansısa bir problemin olmadığı və münasibətlərin normal bitdiyi məlum olub.

İkilinin ayrılması ilə 47 yaşlı Leonardo Di Kaprionun daim özündən kiçik qadınlarla birlikdə olması sosial mediada gündəm olub. Məşhur model Morronun iki ay əvvəl 25 yaşı tamam olandan sonra Di Kaprionun 25 yaşından yuxarı qadınlarla görüşməməsi ilə bağlı sosial mediada zarafatlar edilib.

Qeyd edək ki, aktyor daha əvvəl 23 yaşlı model Jizel Bündxen və 25 yaşlı Bar Refaeli ilə yollarını ayırıb.
 
Ayşən
 

 

 


OXŞAR XƏBƏRLƏR