Lerikdə 1 ailənin 4 üzvünü elektrik vuraraq öldürdü

Lerikdə 1 ailənin 4 üzvünü elektrik vuraraq öldürdü
SOSİAL
14:07 23.04.2023
649
Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan AZXEBER.COM-a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR