Lerikdə arvadını, qayınanasını öldürən məmur oğlundan xəbər var

Lerikdə arvadını, qayınanasını öldürən məmur oğlundan xəbər var
Bütün Xəbərlər
14:39 24.12.2014
1480
Onların 4 yaşlı oğlu və 3 aylıq qızları qalıb.
Ötən gün həyat yoldaşı və qayınanasını güllələyən Cəmaləddin Cəbrayıl oğlu Sürətovun qətli “Vinçester” markalı ov tüfəngi ilə törətdiyi bəlli olub.
AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, o, əvvəlcə qayınatasının yanına gəlib onunla birlikdə evə getməsinə istəyib. Qayınatası isə “sən get, mən də sonra gələrəm” deyib.
Cəmaləddin Sürətov da evə gedərək dəhşətli qətli törədib. Daha sonra qayıdaraq qayınatasına “indi get, səni orada gözləyirlər” deyib və Lerikdə doğulduğu evdə intihar edib.
25 yaşlı qadınla 33 yaşlı Cəmaləddinin 4 yaşlı oğlu və 3 aylıq qızları qalıb. Daha bir diqqət çəkən məqam isə ailənin böyük övladı - 4 yaşlı oğulun ağır halda Lənkəran Mərkəzi Xəstəxanasına gətirilməsidir. Reanimasiya şöbəsinə yerləşdirilən körpənin vəziyyəti ağırdır. Uşağın nə səbəbdən ağır xəsarət aldığı isə hələlik bəlli deyil.
Məlumata görə, ailə daxilində münaqişə olmayıb. Hər iki ailə ali təhsilli ziyalı ailəsi olub. Sürətov Cəmaləddinin atası rayon təhsil şöbəsinin müdir müavinidir və o, gəlinindən heç vaxt narazı olmadığını deyib.
Qətlə yetirilən 25 yaşlı Məhsəti Sürətova Lənkəran Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Cəmaləddin Sürətov da ali təhsilli iqtisadçıdır.
Xatırladaq ki, Lerikdə doğulan, hazırda Sumqayıtda yaşayan 33 yaşlı Sürətov Cəmaləddin Cəbrayıl oğlu 25 yaşlı həyat yoldaşı Məhsəti Bağır qızı Sürətovanı və qayınanası, 54 yaşlı Əliyeva Leyla Rəcəb qızını ov tüfəngindən açdığı atəşlə öldürüb. Sonra o, atasının doğulduğu Peyzəküjə kəndinə gedərək evlərində həmin ov tüfəngi ilə özünə atəş açıb və hadisə yerindəcə keçinib.
Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR