Lerikdə təhlükəli sürüşmə ərazisində yerləşən evlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Lerikdə təhlükəli sürüşmə ərazisində yerləşən evlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
15:42 11.05.2022
306
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Lerik rayonunun Lərmərud sürüşmə zonasında elmi tədqiqat işləri aparıblar.

İnstitutdan "Report”a verilən məlumata görə, mütəxəssislər sürüşmənin baş verdiyi Lerikin Haftoni, Lərmərud, Nücü, Davidoni, Vamazğın və s. irili-xırdalı kəndlərinin yerləşdiyi Dırığ bölgəsi adlanan ərazisində landşaft ekoloji şəraiti tədqiq ediblər.

Onların bildirdiyinə görə, Lərmərud sürüşmə sahəsi Lerik rayon mərkəzindən şimal-şərqdə, Masallı-Yardımlı şose yolunun 21-ci km-dən 7,5 km cənubda, avtomobillərin hərəkəti üçün çox əlverişsiz və çətin keçilən yolun üzərində yerləşir:

"Sürüşmə Lərmərud kəndinin mərkəzindən keçən küçənin şimal-şərqində yerləşən 30-40 dərəcəlik meylliyə malik yamacda baş verib. Sürüşmə baş verən ərazi qədim sürüşmə zonası olduğundan yerli əhali bura "sürüşən yer” adını verib. Tədqiqatçılar buradakı meşəsizləşmiş dağ yamaclarında 7 köhnə sürüşmə sahəsini qeyd ediblər. Belə sahələrin landşaft-ekoloji vəziyyəti ətraf ərazilərdən dalğavarı və təpəli relyefi ilə fərqlənir. Bu ərazidə sürüşmə landşaftları hələ də aktivliyini qoruyub saxlayır.

Sürüşmə baş verən yamaca söykənən həyətyanı evin arxa tərəfində yamac vaxtilə 2 m hündürlüyündə kəsilib. Buna görə də sürüşmə çatları tədricən yuxarıya doğru yayılıb. 1,2 ha əkin sahəsi yararsız hala düşüb, həyətyanı sahə ev tikililəri ilə birlikdə sürüşmə kütləsinin altında qalıb, 4 iribuynuzlu qaramal və 4 buzov, toyuq-cücə tələf olub. Eyni zamanda, kəndin mərkəzindən keçən yol sıradan çıxıb. Hazırda burada 11 ev sürüşmə riskli ərazidə yerləşir. Onların köçürülməsi qaçılmazdır”.

Yardımlı-Cəlilabad yolunda, Telavar-Aruz sahəsində xeyli aktiv sürüşmə sahələrini təyin edən coğrafiyaçılar ərazinin landşaft-ekoloji, geoloji və geomorfoloji cəhətcə aktiv sürüşmə sahəsi kimi fərqləndiyi qeyd ediblər. Alimlər insanların həyat fəaliyyəti üçün risk yaradan sürüşmələrə qarşı ekoloji tarazlığın qorunması, meşə ekosisteminə müdaxilənin azaldılması və nəhayət, bələdiyyə ərazisində irimiqyaslı landşaft planlaşdırılmasının aparılmasının vacibliyini diqqətə çatdırıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu