Lerikə 3 milyon manat ayrıldı

Lerikə 3 milyon manat ayrıldı
Bütün Xəbərlər
23:57 03.04.2012
1016
Azərbaycan prezidenti İlham Əliyev Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qoşmalian-Kəlvəz avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR