''Lerik''in 75 yaşı oldu

Bütün Xəbərlər
10:09 13.10.2012
1755
Lerik Rayon Mədəniyyət Evində keçirilən mərasimdə ölkənin nüfuzlü kütləvi informasiya vasitələrinin baş redaktorları və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirdə “Lerik” qəzetinin redaktoru, əməkdar jurnalist İdris Şükürlü mətbu orqanın keçdiyi yaradıcılıq yolu barədə geniş məruzə ilə çıxış edib.Bildirilib ki, “Zuvand kolxozçusu” adı ilə ilk nömrəsi 1937-ci ilin may ayında işıq üzü görən qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirib. Ötən dövrlərdə bir sıra yaradıcılıq uğurlarına imza atan qəzet 1987-ci ildə səmərəli işinə və ilk sayının çapdan çıxmasının 50 illiyi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, bir il sonra isə 5 may – Mətbuat günündə SSRİ Jurnalistlər İttifaqının Fəxri Fərmanı ilə təltif olunub.Redaksiyanın iki əməkdaşına Azərbaycanın əməkdar jurnalisti fəxri adı verilib.Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırov, Milli Məclisin üzvü İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, şair-publisist Ağacəfər Həsənli, Rayon Ziyalılar Cəmiyyətinin sədri Etibar Həşimov, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev və digərləri 5500-cü sayının çapdan çıxdığı “Lerik” qəzetindən söz açaraq, redaksiyanın kollektivinə uğurlar diləyiblər.Musiqi nömrələri ilə müşayət olunan mərasimin sonunda qəzetin əməkdaşlarına Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, Lerik RİH-nin, Azərbaycan Ziyalılar Cəmiyyətinin diplomları, Fəxi Fərmanları və hədiyyələri təqdim olunub.
//APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı