Ləyaqətli kişi obrazı - Əfsələddin Ağalarov yazır...

Ləyaqətli kişi obrazı - Əfsələddin Ağalarov yazır...
KÖŞƏ
14:35 27.01.2025
257
Jurnalist Əfsələddin Ağalarov yazır:

Dəqiq tarixini xatırlamıram. Amma mən çoxdandır belə ləyaqətli insan görməmişdim.

Ümumiyyətlə, Azərbaycanda kişi olmaq çətindir.

Bu coğrafiyada əsasən kişilər qadınlardan tez ölür.

Azərbaycan qadını isə elə bilir ki, kişi elə qadından tez ölməlidir. Düşünür ki, dünyanın hər yerində bu belədir. Məsələn, Finlandiyada bu belə deyil, elə Yaponiyada da.

***

Qismət elə gətirdi ki, 90-cı illərdən müharibə gördük. Nə qədər ləyaqətli oğlanlarımız Vətən yolunda şəhid oldular.

Sağ qalanlarsa işlədilər. Həyat yorğunluğu başladı. Əvvəl dolanmaq üçün çalışdılar, sonra ev almaq üçün, ala bilməyəndə kirayəni ödədi, ödəyə bilməyənlər kreditə girdi, onu da ödəyə bilməyəndə borca, onu da... onu da...

Çoxu qəflətən - ən sevincli günündə ürəktutmadan öldü.

Ləyaqəti başa papaq edənlər də özünə yer tapa bilmədilər, çərlədilər.

Baxdılar ki, cinsi azlığın nümayəndəsi olmaq dəb olub. Kim onlardandısa üzünə qapılar açılır, hörməti dağlar aşırır, insanlar onlarla şəkil çəkdirmək üçün sıra yarışına girir.

Baxdılar ki, Azərbaycan kişisi Zaurun, Xoşqədəmin, Lalənin verilişində dizlərini yerə atıb yalvarır, ağlayır, mızıldanır. Qadın ətəyindən yapışıb milyonların qarşısında dilənir.

Baxdılar ki, Azərbaycan kişisi şəhid stüardessanın ahıl atasını aldadıb kartındakı 80 minini oğurlayır.

***

Qürurlandılar da.

Milli Qəhrəman Hökümə xanımın nakam qalan həyat yoldaşına baxın. Başını qaldırmır. Tərbiyəsi, kişiliyi, ləyaqəti ilə dərs verir.

Oğurlanan 80 minin 40 minini ona uzadıblar. Elə bil sevdiyi qadınsız keçirdiyi hər gün üçün min manat hesablanıb. Özüdə düz 40-na kimi.

Təşəkkür etdi, amma götürmədi.

Azərbaycan kişisi budur.

Mel Gibsonun "Cəsur Ürəkdəki" performansı kimi ayağa durub alqışlamaq lazımdır.

Amma bir fərqnən. Bu film deyil, reallıqdır. Çox, çox, lap çox əclaf həyatın reallığı.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Slovakiyanın Baş naziri: Mayın 9-da Moskvaya gedəcəyəm – heç kim mənə əmr verə bilməz
21:06 15.04.2025
Slovakiyanın Baş naziri: Mayın 9-da Moskvaya gedəcəyəm – heç kim mənə əmr verə bilməz
Ermənistan və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
20:59 15.04.2025
Ermənistan və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində - Fotolar
20:44 15.04.2025
Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində - Fotolar
Attestasiyadan kəsilən müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
20:33 15.04.2025
Attestasiyadan kəsilən müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək
20:28 15.04.2025
Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək
“Sobsan”ın zəhərli maddələri gölə axıtması təşviş yaratdı – Nazirlik hərəkətə keçdi
20:23 15.04.2025
“Sobsan”ın zəhərli maddələri gölə axıtması təşviş yaratdı – Nazirlik hərəkətə keçdi
Birinci kurs tələbəsi özünü güllələdi
20:15 15.04.2025
Birinci kurs tələbəsi özünü güllələdi
Ucarda xəstə norkozdan sonra komaya düşüb
20:12 15.04.2025
Ucarda xəstə norkozdan sonra komaya düşüb
Mehriban Əliyeva qızı ilə körpələr evində - Fotolar
20:09 15.04.2025
Mehriban Əliyeva qızı ilə körpələr evində - Fotolar
HƏMAS-ın "Şücaiyyə" batalyonunun daha bir komandiri öldürülüb
19:42 15.04.2025
HƏMAS-ın "Şücaiyyə" batalyonunun daha bir komandiri öldürülüb
Ermitaj təhlükəsizliyə təhdid səbəbindən bağlanıb
19:29 15.04.2025
Ermitaj təhlükəsizliyə təhdid səbəbindən bağlanıb
Xamenei ABŞ-la danışıqlara dair nə çox nikbin, nə də bədbindir
19:11 15.04.2025
Xamenei ABŞ-la danışıqlara dair nə çox nikbin, nə də bədbindir
Kreml: Yaxın günlərdə Putin və Tramp arasında telefon danışığı planlaşdırılmayıb
18:59 15.04.2025
Kreml: Yaxın günlərdə Putin və Tramp arasında telefon danışığı planlaşdırılmayıb
Finlandiyada polis əməkdaşları ilk dəfə tətilə başlayıblar
18:47 15.04.2025
Finlandiyada polis əməkdaşları ilk dəfə tətilə başlayıblar
Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb
18:35 15.04.2025
Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb
Çin öz aviaşirkətlərinə “Boeing” təyyarələrinin alınmasını qadağan etdi
18:21 15.04.2025
Çin öz aviaşirkətlərinə “Boeing” təyyarələrinin alınmasını qadağan etdi