Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

SİYASƏT
23:03 20.10.2019
19119
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İttifaqının (Aİ) sözçüsünün oktyabrın 19-da Bakıda aksiyanın keçirilməsi cəhdi ilə bağlı açıqlamasına dair AZƏRTAC-ın sualını cavablandırıb.

Bununla bağlı Leyla Abdullayeva deyib: "Təəssüflə qeyd etmək istərdim ki, Avropa İttifaqının sözçüsü tərəfindən verilən açıqlamada qeyd edilmir ki, bu aksiyanın keçirilməsi üçün Bakı şəhərinin digər ərazisində müvafiq yer ayrılmışdı. Aksiya iştirakçısı olan bir qrup şəxs isə icazəsiz şəkildə həftəsonu əhalinin istirahət etdiyi və sıx olduğu, mərkəzi küçələrə çıxmışdı. Bu qanunsuz aksiyaya görə 3 metro stansiyası və 14 avtobus xətti bağlanmış və şəhərdə insanların hərəkətinə maneələr yaranmışdır. Qeyd etmək istərdim ki, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq tətbiq olunmamış və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən yayılmış rəsmi açıqlamada qeyd edildiyi kimi, saxlanılan şəxslərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışdır. Bakıdakı hadisələri yaxından izləyən Avropa İttifaqının yəqin ki, bu məlumatlardan xəbəri olmalı idi.

Qeyri-qanuni aksiyaların və hüquqazidd əməllərin qarşısının alınması hər bir hüquqi dövlətdə olduğu kimi Azərbaycan Respublikasında da müvafiq hüquq mühafizə qurumları tərəfindən təmin olunur. Aİ üzv ölkələrində baş verən qanunsuz aksiya iştirakçılarına münasibətdə görülən tədbirləri hamımız izləyirik və hesab edirik ki, bu məsələdə ikili standartlara yol verilməməlidir. Aİ sözçüsünə İttifaqın üzv ölkələri ərazisində son zamanlar kütləvi hal daşıyan iğtişaşlarda istifadə olunan güc və insan ölümü halları barədə, eləcə də bu ölkələrdə artmaqda olan islamafobiya, radikal millətçi, hətta faşist partiyalarının fəaliyyəti haqqında düşünməyi tövsiyə edirik. Qeyd olunan məsələlərlə bağlı Aİ-nin açıqlamalarının verilməsi digər ölkələr tərəfindən İttifaqın fərqli standartlara yol vermədiyinə inamı artıra bilərdi”.

Leyla Abdullayeva əlavə edib ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin olunur və bu proses ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası, digər müvafiq qanunları, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və beynəlxalq öhdəlikləri vasitəsilə tənzimlənir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:52 10.07.2020

TƏBİB: Sağalan insanların koronavirusdan təkrar test olunması tələb olunmur

17:50 10.07.2020

Prezidentin köməkçisi Azərbaycan jurnalistlərinin pandemiya şəraitində əməyini yüksək qiymətləndirdi

17:49 10.07.2020

Hikmət Hacıyev təcili tibbi yardımın gecikməsi məsələsindən danışdı

17:46 10.07.2020

Azərbaycanda 18 məhkum koronavirusa yoluxdu - 2-si azadlığa buraxıldı

17:45 10.07.2020

Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxdu

17:36 10.07.2020

Prezidentin köməkçisi: "İctimai nəqliyyatdan istifadə edirəm, avtobus kartımı göstərə bilərəm”

17:33 10.07.2020

Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağaldı

17:28 10.07.2020

Prezidentin köməkçisi: Vətəndaşlarımızdan xahişimiz odur ki, xarici səfərlərdən çəkinsinlər

17:21 10.07.2020

Prezidentin köməkçisi: “Rəqəmlərdə müəyyən stabilləşmə var”

17:18 10.07.2020

TƏBİB-dən rayona getmək istəyənlərə - CAVAB

17:15 10.07.2020

TƏBİB: Yoluxanların sayı ilə sağalanların sayı demək olar eyniləşib

17:08 10.07.2020

Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi

16:50 10.07.2020

XİN-in daha bir vəzifəli şəxsi saxlanıldı

16:42 10.07.2020

Unibank Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı - FOTOLAR

16:40 10.07.2020

Avropa Liqasının püşkü atıldı: Türkiyə klubu “Mançester Yunayted”lə qarşılaşa bilər

16:29 10.07.2020

Sabunçuda illərdir yığılıb qalan problemlər – Deputat sadalayır