Leyla Abdullayeva: “Sumqayıt hadisələri Azərbaycana qarşı planlaşdırılmış təxribat idi”

Leyla Abdullayeva: “Sumqayıt hadisələri Azərbaycana qarşı planlaşdırılmış təxribat idi”
SİYASƏT
13:55 28.02.2021
602
"Təəssüf ki, yenidən Ermənistan tərəfinin yalan və iftira dolu bəyanatından söz gedir. Ermənistan tərəfinin Sumqayıt hadisələri ilə bağlı əsassız iddialarını dəfələrlə cavablandırmışıq və bu gün bir daha qeyd etmək istərdim ki, 1988-ci il fevralın ayının sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və dəqiq planlaşdırılmış təxribat idi”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-i Azərbaycan SSR Sumqayıt şəhərində baş verən hadisələrlə bağlı bəyanatla çıxış etməsi və Azərbaycana qarşı ittihamlar irəli sürüməsi ilə bağlı sualını cavablandırarkən deyib. 

"Məlum olduğu kimi, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açılmış, istintaq aparılmış və nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edilmişdi; bu xüsusda vurğulamaq istərdim ki, onlardan altısı azərbaycanlı idi. Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən və şəxsən altı nəfəri öldürən və erməni millətindən olan üç qadına təcavüz edən, milliyyətcə erməni olan Eduard Qriqoryan barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplandı. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb, daha sonra isə azadlığa buraxılıb”.

O da bildirilib ki, 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb. 

"Müqayisə üçün onu da qeyd etmək istərdim ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülmədi.

Sumqayıt hadisələri öncəsi (Azərbaycanlıların Ermənistan SSR-dən kütləvi deportasiyası, Dağlıq Qarabağ Muxtar Vilayətində radikal erməni millətçilərinin aqressiv separatçılıq meyllərinin baş qaldırması, Azərbaycan SSRİ ərazisində Dağlıq Qarabağda erməni təcavüzünün ilk qurbanları olan iki azərbaycanlının öldürülməsi) və onun sonrasında baş verənlər aydın şəkildə göstərir ki, bu hadisələr bir zəncirin halqaları idi və əsas məqsəd Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilməsi planından ibarət idi.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini otuz ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti çərçivəsində çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Lakin bu cinayətləri törədənlərdən heç kim bu günədək hüquqi məsuliyyətə cəlb olunmayıb.

Hazırda bölgədə hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə real əməkdaşlıq imkanlarının yarandığı bir vaxtda rəsmi Yerevanın konstruktivlik və beynəlxalq hüquqa hörmət əvəzinə yenidən, düşmənçiliyi təşviq edən, iftira dolu açıqlamalarla çıxış etməsi bu ölkənin hakim dairələrində hələ də sağlam düşüncənin çatışmadığını göstərir.

Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, BMT TŞ-nin 1993-cü il tarixli məlum qətnamələrin icrasını təmin edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bölgədə yeni təhlükəsizlik formatı formalaşıb. Belə olan halda, elə Ermənistanın gələcək inkişafı naminə bu bəyanatın icrası ilə bağlı əməli addımlar atmaq, beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında xoş qonşuluq siyasəti yürütmək və ya öz öhdəliklərinə qarşı çıxış edərək öz xalqını uçuruma doğru aparmaq artıq Ermənistan tərəfinin edəcəyi seçimdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO