Leyla Əliyeva daha bir medalla təltif edildi - FOTOLAR

SİYASƏT
14:27 21.12.2013
1829
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib.
AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva dekabrın 20-də Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovla görüşündə bildirib ki, Azərbaycan Rusiya ilə dostluq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün bundan sonra da mümkün olan hər şeyi etmək niyyətindədir.
Onun sözlərinə görə, Azərbaycanda böyük rus mədəniyyətini çox qiymətləndirirlər. Heydər Əliyev Fondunun vitse –prezidenti bildirmişdir ki, Rusiya ilə Azərbaycanı ümumi tarix bağlayır. Volqoqrad-Bakı Dostluq Parkının yenidən qurulmasının Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilməsi ancaq ilk addımdır. Gələcəkdə maraqlı işlər hələ çox olacaqdır.
Leyla Əliyeva RAGB-nin Volqoqradda regional bölməsini açmaq və təcrübə mübadiləsinə başlamaq arzusu barədə məlumat verib.
Sergey Bojenov bildirib ki, Volqoqrad vilayətində 80 mindən çox azərbaycanlı yaşayır. İqtisadi və mədəni mübadilə ilə bərabər, ictimai və gənclər təşkilatları arasında təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu vurğulayan qubernator gələn il Bakıya işgüzar səfər etmək niyyətində olduğunu qeyd edib.
Görüş başa çatandan sonra Leyla Əliyevanın “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilməsi mərasimi olub. Qubernator bildirib ki, Leyla Əliyeva geniş ictimai fəaliyyətinə görə bu medala layiq görülmüş ilk əcnəbi nümayəndədir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər