Leyla Əliyeva: ''Dini tolerantlıq məsələsində Azərbaycan təcrübəsi uğurlu modeldir''

Leyla Əliyeva:
Bütün Xəbərlər
10:15 09.11.2012
1823

Noyabrın 8-də Londonda, Böyük Britaniya parlamentində, bu ölkədə fəaliyyət göstərən “İngiltərə-Azərbaycan Cəmiyyəti” və “Odlar Yurdu” təşkilatının təşkilatçılığı ilə “Avropa Multikulturalizminin Perspektivləri: Dinlərarası Dialoq və Dini Tolerantlığın Azərbaycan Modeli” adlı konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq və dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin Britaniyanın siyasi və akademik elitasına təqdim etməkdir.

Qeyd olunmalıdır ki, konfrans Böyük Britaniyanın siyasi dairələri və dini icmalarının, həmçinin kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuşdur. Tədbirdə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının nüfuzlu üzvləri, habelə həm hakim Mühafizəkar, həmdə müxalif Leyborist partiyalarından parlament üzvləri, hökumət təmsilçiləri, Londondakı diplomatik korpusun nümayəndələri, Britaniyanın anqlıkan, yəhudi və müsəlman icmalarının fəalları iştirak etmişlər.

Tədbiri konfransın ev sahibi qismində açan “İngiltərə-Azərbaycan Cəmiyyəti”nin sədriLord Piter Freyzerbütün iştirakçıları və qonaqları salamlamış və konfransın mövzusunun əhəmiyyəti barədə danışmışdır.

BMT-nin “Sivilizasiyaların Alyansı” və İslam Konfransı Gənclər Forumu platformalarından beynəlxalq səviyyədə mədəniyyətlər-arası dialoq sahəsində mühüm fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın tolerantlıq modelinin Avropada tanıdılması təşəbbüsünü yüksək qiymətləndirən natiq, konfransın bu sahədəki gələcək fəaliyyətin uğurlu başlanğıcı olduğunu bildirmişdir.

Tədbirin həm-təşkilatçısı olan Britaniyanın “Odlar Yurdu” təşkilatının sədriİlham NağıyevAzərbaycanda dini tolerantlıq sahəsində əldə edilmiş uğurların Avropa üçün nümunə ola biləcəyini vurğulamışdır.

Azərbaycanın Böyük Britaniyadakı səfiriFəxrəddin Qurbanovsözügedən mövzunun Azərbaycan və Avropanın digər ölkələri ilə təcrübə mübadiləsi çərçivəsində vacib rol oynaya biləcəyi məsələsini önə çəkmişdir.

London konfransının tolerantlıq mövzusunda “Azəraycandan xaricdə ilk dəfə belə nüfuzlu səviyyədə keçirilən tədbir” olduğunu vurğulayan DQİDK sədriElşad İskəndərovqeyd etmişdir ki, “konfransın digər özəlliyi ölkəmizin dinlər-arası dialoq sahəsindəki təcrübəsinin Avropada multikulturalizm diskussiyası kontekstində müzakirə olunması və məhz Azərbaycan modelinin Avropada tətbiqi məsləsinin müzakirəsinin xüsusi önəm daşıdığını” vurğulamışdır.

Konfransın açılışında əsas məruzəçi kimi çıxış edən İslam Konfransı Gənclər Forumunun mədəniyyələrarası dialoq üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse –prezidentiLeyla Əliyevakonfarnsa toplaşan Britaniyanın dövlət və ictimayyət nümayəndələrini səmimi salamlıyaraq, müasir Avropada multikulturalizm problemi prizmasında tədbirin əhəmiyyətini qeyd etmişdir.

L.Əliyeva öz nitqində dini tolerantlıq və dinlərarası dialoq probleminin nəzəri əsaslarına geniş toxunmuş, bu sahədə mövcud olan elmi yanaşmalar barədə ətraflı danışmıdır.

L.Əliyeva bu məsələnin ümumbəşəri problemə çevrildiyini və onun öyrənilməsi və həlli yollarının tapılmasında Azərbaycan təcrübəsinin uğurlu model olduğunu vurğulamışdır. Daha sonra natiq dini tolerantlığın Azərbaycandakı dərin kökləri, tarixi və bu sahədə hazırkı durumu barədə məlumat vermişdir.

Konfransın 1-ci plenar iclasında çıxış edən tarix elmləri doktoru Fəridə Məmmədova, elmlər dokrtoru Moşe Bekker və Dini Araşdırmalar Mərkəzinin təsisçisi Elçin Əsgərov Azərbaycanda yəhudiliyin, xristianlığın və islamın tarixi barədə məruzələrlə çıxış etmişlər.

Bu kontekstdə həmçinin Qafqaz Albaniyasının dini-mədəni irsi barədə ətraflı məlumat verilmişdir. Azərbaycanda qədim dövrlərdən başlayaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin yaşadığı, onların unikal Azərbaycan mədəniyyətinin formalaşdırılmasına töfhə verdiyi və multikulturalizmin Azərbaycan milli kimliyinin tərkib hissəsi olduğu bildirilmişdir.

Bu qədim tarixi ənənələrin bu gündə davam etməsini nümayiş etdirən konfransın 2-ci plenar iclasında ölkəmizin müsəlman, yəhudi və xristian icmalarının nümayəndələri çıxış etmişlər.

Plenar iclasda məruzələrini təqdim edən Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsinin müəllimi f.e.n. Aqil Şirinov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mifodi, Avropa Yəhudilərinin Bakı dini icmasının üzvü Yevgeni Brenneysen, “Həyat Sözü” protestant icmasının başçısı Rasim Xəlilov, habelə Alban-udin xristian icmasının sədri Robert Mobili çıxışlarında Azərbaycanda dövlət - din münasibətləri sahəsində, xüsusən dini azadlıqların təminatında olduqca gözəl şəraitin yarandığını bildirmiş, dövlətin etiqad azadlığının təminatı, dini icmaların sərbəst fəaliyyəti kimi məsələlərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışlar.

Tədbirin bu hissəsində Azərbaycanda müxtəlif dini icmaların fəaliyyəti, qarşılıqlı əməkdaşlığı və dövlətlə münasibətləri məsələləri ətraflı müzakirə olunmuşdur. Öz çıxışında Qafqazın ilk xristian icması olan tarixi “Alban Kilsəsinin” qısa təqdimatını həyata keçırən Robert Mobili, tarixi ədalətsizlik nəticəsində Azərbaycan xalqının tarixinin bir parçası olmuş bu kilsənin ləğv edilməsi və erməni millətçiliyi tərəfindən onun irsinin dağıdılmasını qeyd etmişdir.

Natiq hal-hazırda erməni işğalı altında olan Azərbaycan torpaqlarında Alban kilsəsinin irsinə məxsus 67 dini məbədin olduğunu bildirərərək başçılıq etdiyi icmanın tarixi Alban kilsəsinin bərpa etməsində dünya ictimayyətinin dəstəyinə ümid etdiyini vurgulamışdır.

Konfransın sonunda məruzəçilər auditoriyanın marağını doğuran sualları cavablandırmışlar.

Həmin günün axşamı Londonun “Bakı” Mədəniyyət Mərkəzində konfransın qonaqları AR DQİDK dəstəyi ilə təşkil edilmiş “Azərbaycan – mənəvi ənənlər və tolerantlıq məkanı” adlı foto sərgidə iştirak etmişdirlər.

//Gün.az

OXŞAR XƏBƏRLƏR