Leyla Əliyeva: “Heydər Əliyev hər zaman bizimlədir”-FOTO

Leyla Əliyeva: “Heydər Əliyev hər zaman bizimlədir”-FOTO
Bütün Xəbərlər
10:36 13.12.2011
2483
Rusiya paytaxtında Heydər Əliyevi anma mərasimi keçirilib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən təşkil olunan mərasim Rudomin adına Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində gerçəkləşib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Türkiyənin Rusiyadakı səfiri Adnan Sezgin, İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman, millət vəkili Elmira Axundova və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Polad Bülbüloğlu çıxışında Heydər Əliyevin həyatı və siyasi faliyyəti barədə danışıb. Diplomat Heydər Əliyev kimi böyük şəxsiyyətlə 10 il yanaşı çalışmasının onun üçün tükənməz həyat məktəbi olduğunu söyləyib.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında bu günün bütün Azərbaycan xalqı üçün ağır gün olduğunu söyləyib: “Artıq ölümündən 8 il keçməsinə baxmayaraq, Heydər Əliyev hər zaman bizimlədir. O, yaşayır və Azərbaycanın necə inkişaf etdiyini görür”.Milli Məclisin deputatı Elmira Axundova çıxışında Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. Millət vəkili Azərbaycanın bugünkü nailiyyətlərinin, Azərbaycanla Rusiya arasında səmimi dostluq münasibətlərinin Heydər Əliyevin sayəsində mümkün olduğunu vurğulayıb.Mərasimdə Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu nəzdində Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Stanislav Çernyavskiy çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR