Leyla Əliyeva: "İnanırıq ki, ədalət zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq"

Leyla Əliyeva: "İnanırıq ki, ədalət zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq"
SİYASƏT
17:14 06.12.2016
1353
"8 ildə böyük işlər görmüşük. Bu gün həmin işlərə baxmaq olar. Bizim üçün əsas Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün dinlərə və xalqlara hörmətli münasibət və Rusiya cəmiyyətinə inteqrasiya olub".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AMOR-un Moskvada keçirilən VII forumunda çıxışında deyib.
 
L. Əliyeva qeyd edib ki, təşkilatın üzvlərini birləşdirən Azərbaycana olan sevgidir: "Biz tədbirlərimizi yaradıcılıq və sevgi ruhunda keçirməyə çalışırıq. Ən böyük nailiyyətimiz AMOR-un bütün Rusiya üzrə 60-dan çox regional bölməsinin olmasıdır. Çox xoşdur ki, bu gün bizi nəinki tanıyırlar, həm də sevirlər". O, Azərbaycan gəncliyinin öz tarixinə çox həssas yanaşdığını vurğulayıb: "Biz hər il dünyanın bir sıra ölkəsində "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı faciəsinin qurbanlarına həsr olunan tədbirlər keçiririk. Gələn il bu dəhşətli faciənin 25 illiyidir. Çox vacibdir ki, dünya ictimaiyyəti bu hadisəyə hüquqi qiymət versin. Belə hadisələr bir daha təkrarlanmasın. Xocalı soyqırımını onlarla ölkə, ABŞ-ın bir neçə ştatı və İslam Əməkdaşlıq Təşkilatı tanıyıb. Lakin biz bununla kifayətlənməyəcək, səylərimizi davam etdirəcəyik. İnanırıq ki, ədalət zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bütün qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq".
 
AMOR-un ofisində xarici dilləri öyrənməyin mümkün olduğunu qeyd edən L. Əliyeva ofisdə tezliklə Azərbaycan dili kurslarının açılacağına ümidvar olduğunu da bildirib. Azərbaycan və Rusiya arasında münasibətlərdən danışan AMOR sədri qeyd edib ki, iki ölkəni qədim tarixə malik dostluq və mehriban qonşuluq telləri bağlayır: "Bizim ölkəmizdə rus dilinə yüksək qiymət verilir. Böyük rus mədəniyyətini, ədəbiyyatını, incəsənətini Azərbaycanda çox sevirlər. Ötən il AMOR Rusiyanın bir çox şəhərində keçirilən "Biz Böyük Qələbənin varisləriyik", "Ölməz alay" kütləvi aksiyalarında iştirak edib. Bu gün Azərbaycan müxtəlif forumların və konfransların keçirildiyi məkana çevrilib. Bizim ölkəmizdə dünyanın ən maraqlı tədbirləri keçirilir. "Eurovision", I Avropa Oyunları, "Formula-1" və Şahmat olimpiadası çox uğurla keçdi. Çox sevindiricidir ki, ölkəmizi hamı tanıyır, sevir və daha çox insan bizə qonaq gəlir".
 
Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasında AMOR-un rolunu yüksək qiymətləndirib: "Azərbaycanda dövlət gənclər siyasətinin istiqamətlərindən biri digər ölkə gəncləri ilə əməkdaşlığı, ölkə hüdudlarından kənarda gənclər təşkilatlarının inkişafını dəstəkləməkdir". Moskva Hökuməti yanında Milli siyasət və regionlararası əlaqələr departamentinin rəhbəri Vitali Suçkov və Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov iki ölkə arasındakı münasibətlərdən, Rusiyada Azərbaycan gəncliyinin fəaliyyətindən danışıblar.
 
Çıxış edən Milli Məclisin deputatı Fuad Muradov Azərbaycan dövlətinin milli gənclər siyasətindən söz açıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında azərbaycanlı gənclərin müxtəlif tədbirlər keçirməklə Rusiya cəmiyyətinə inteqrasiya etdiyini vurğulayıb: "Bu, çox vacibdir. AMOR-un fəaliyyəti, həyata keçirdiyi tədbirlər göz qabağındadır".
 
Tədbirdə Rusiya ali məktəblərində təhsil alan əlaçı tələbələr, AMOR-un fəallarına sertifikat və diplomlar verilib.
 
Forum işini plenar iclaslarla davam etdirib.
 
Tədbirin sonunda Rusiya və Azərbaycan estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO