Leyla Əliyeva robot “Sofiya” ilə bir arada - Fotolar

Leyla Əliyeva robot “Sofiya” ilə bir arada - Fotolar
SOSİAL
21:28 27.10.2018
6955
Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində "Qlobal İnfluenser Günü” keçirilib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot "Sofiya” da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.

Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Sofiya” ilə söhbət edib.

"Qlobal İnfluenser Günü” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan "İnnovasiya həftəsi” çərçivəsində keçirilib.

Tədbirdə informasiya dövründə insan beyninin inkişafından danışılıb. "Keepface DMCC” və "FA International Trade Events” tərəfindən təşkil olunan və "İnnovasiya həftəsi” çərçivəsində baş tutan "Qlobal İnfluenser Günü” Azərbaycanda müasir kommunikasiya və marketinq texnologiyalarına dövlət tərəfindən verilən önəmin təzahürü kimi qiymətləndirilib.

Yüksək texnologiyalar və innovasiyalarla bağlı videoçarxın nümayişindən sonra hamının maraqla gözlədiyi çıxışçı, süni intellekt sahibi, robot "Sofiya” səhnəyə çıxıb. O, bugünkü tədbirdə geyindiyi Azərbaycan milli geyimini çox bəyəndiyini bildirib.

Çıxışı zamanı "Sofiya” insan-robot münasibətlərinə də toxunub. "Bəziləri robotlardan qorxurlar, düşünürlər ki, yaxın gələcəkdə robotlar insanları özlərinə tabe edə bilərlər”, - deyən "Sofiya”nın sözlərinə görə, belə bir şey baş verə bilməz, çünki robotları yaradan insan zəkasıdır.

Qeyd edib ki, robotlar insanlara kömək etmək üçün yaradılır. O, səyahət etməyi xoşladığını söyləyib, sosial şəbəkələrin əhəmiyyətinə toxunub, süni intellektin imkanlarından danışıb, Azərbaycanın üstünlüklərini vurğulayıb.

Tədbirin sonunda Leyla Əliyeva robot "Sofiya” ilə ünsiyyət qurub, şəkil çəkdirib.

Qeyd edək ki, "Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə "Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
11:33 14.07.2026
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
11:30 14.07.2026
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
11:27 14.07.2026
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
11:22 14.07.2026
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
İlham Əliyev Makronu təbrik etdi
11:18 14.07.2026
İlham Əliyev Makronu təbrik etdi
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
11:15 14.07.2026
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
11:14 14.07.2026
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
11:12 14.07.2026
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
11:11 14.07.2026
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
11:00 14.07.2026
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
10:57 14.07.2026
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
10:52 14.07.2026
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
Köhnə avtomobili olanların nəzərinə - QAYDALAR DƏYİŞİR
10:45 14.07.2026
Köhnə avtomobili olanların nəzərinə - QAYDALAR DƏYİŞİR
Taylandda gecə klubunda faciə: Ölənlərin sayı 30-a çatdı
10:35 14.07.2026
Taylandda gecə klubunda faciə: Ölənlərin sayı 30-a çatdı
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək
10:29 14.07.2026
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək
Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
10:27 14.07.2026
Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı