Leyla Əliyevanın “Beyin” əsəri təqdim edildi - FOTOLAR

Leyla Əliyevanın “Beyin” əsəri təqdim edildi - FOTOLAR
Bütün Xəbərlər
11:03 12.05.2012
3666
Bu gün Bakıda “YARAT!” qeyri-kommersiya təşkilatının I “012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Beyin” əsəri təqdim edilib.APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsəri haqqında məlumat verib və “YARAT!”ın rəhbəri Aida Mahmudovaya festivalın təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edək ki, L. Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti və “Baku” jurnalının təsisçisidir. L. Əliyeva Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə dəstək göstərməklə yanaşı, özü də incəsənət və ədəbiyyatla yaxından maraqlanır. Onun xarakterik və ekspressiv qrafik əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. L. Əliyevanın əsərləri 2011-ci ildə Bakıda “Qız qalası” İkinci Beynəlxalq incəsənət festivalında, “Ön söz” - “YARAT! Müasir İncəsənət Məkanı” tərəfindən təşkil edilmiş sərgidə nümayiş etdirilib, 2012-ci ildə London və Parisdə keçirilmiş “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgilərinin təşkili ideyası da Leyla Əliyevaya məxsusdur. Xatırladaq ki, “012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdiriblər. Layihə sentyabrın 1-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR