Leyla Əliyevanın əsərləri Londonda nümayiş olundu - FOTOLAR
Bütün Xəbərlər
15:20 18.01.2012
2744
Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub. AZXEBER.COM-un məlumatına görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər. Keçən il müstəqilliyimizin bərpasının 20-ci ildönümünün qeyd olunduğunu deyən Leyla xanım Əliyeva Azərbaycanın qədim tarixi olduğunu vurğuladı. Qeyd etdi ki, 1918-ci ildə müsəlman Şərqində qadınlara səsvermə hüququ Azərbaycanda verilmiş, 1901-ci ildə ölkəmizdə müsəlman qızlar üçün ilk məktəb tikilmiş, Şərqin ilk operası və baleti məhz bizim ölkədə səhnələşdirilmişdir. “Beləliklə, biz bir çox ilklərə imza atmış ölkəyik və bu gün də bu fəlsəfəni davam etdiririk”, – deyən Heydər Əliyev Fondunun vitse-prezidenti ötən il “Eurovision”nun qalibi olan Azərbaycanın bu müsabiqəni qəbul etməyi səbirsizliklə gözlədiyini vurğuladı. “Lakin müasir Bakı təkcə musiqi qələbəsinin bayram etmir”, – deyən Leyla xanım Əliyeva qeyd etmişdir ki, Bakıda gəzərkən küçələr boyu siz ətrafınızda sürətli inkişafın şahidi ola bilərsiniz. Zaha Hadidin şah əsərindən tutmuş yeni dükanlar, restoranlar və mehmanxanalar düzülmüş prospektlərədək, Xəzər dənizinin sahilindəki bulvaradək. Bu, gözünüzün önündə dəyişən şəhərdir. Bakının memarlığı özünü təkcə Qız Qalasında göstərən köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, Zərdüşt məbədləri ilə müasir binaları və XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız arxitekturası əsasında tikilmiş evləri əks etdirir. İncəsənət mənim həvəslə yanaşdığım sahədir. İstər gənc yaşlarımda Londondakı Teyt muzeyini gəzərək, istərsə də Bakıda Müasir İncəsənət Muzeyində sərgilənən əsərləri təhlil edərək ömrüm boyu mən müasir incəsənəti tədqiq etməkdən zövq almışam. Mən özüm də rəsm çəkməyi sevirəm və həmişə ürəklərini və ruhlarını yaratdıqları əsərə qoyan rəssamlara pərəstiş etmişəm. Buna görə də mən bu möhtəşəm əsərlərin yanvarın sonunadək Londonda, daha sonra isə bütün Avropada beynəlxalq auditoriyaya sərgilənməsinin bir hissəsi olmağımdan çox həyəcanlıyam. Burada görəcəyiniz əsərlərin bir çoxu həm gənc, eyni zamanda, məşhur rəssamların işləridir, çoxu məhz bu sərgi üçün yaradılıb, buna görə də ilk dəfə sərgilənirlər. Odur ki, Azərbaycanın hər bir yanından 21 rəssamın yüzlərlə əsərinin burada sərgilənməsindən dərin qürur hiss keçirirəm və yəqin razılaşarsınız ki, bu gün Bakıda necə də canlı, müasir incəsənət səhnəsi dünyası mövcuddur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olmuşlar. Əlamətdar haldır ki, sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı vardır. Londonda keçirilən sərgiyə fəal hazırlaşan Leyla Əliyevanın burada bir neçə əsəri təqdim edilir. Leyla Əliyevanın çəkdiyi müxtəlif nağıl qəhrəmanlarının illüstrasiyaları maraqla qarşılanmışdır. Onu da deyək ki, bu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək “Biri var idi, biri yox” nağıl kitabında istifadə ediləcəkdir. Leyla Əliyevanın müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə tamaşaçıların sərin marağına səbəb olmuşdur.