Leylakimilərin 40 gün ömrü olur

Leylakimilərin 40 gün ömrü olur
Bütün Xəbərlər
02:30 30.04.2014
2379
Elşən MusayevAtaların gözəl bir misalı var: “Qozbeli qəbir düzəldər”. Düzdür, bu misal çoxdanın misalıdır və hesab edirəm o dövrün ataları indiki zəmanəyə transfer olsaydılar o zaman söylədikləri fikir də əməlli-başlı redaktəyə məruz qalardı. Və ya ulu əcdadlarımız bu günün reallığına baxıb anlardılar ki, bəzi qozbelləri nəinki qəbirlə, hətta çəkic və kuvaltla ya da canım sizə desin aliminum zavodunda əritməklə belə düzəltmək olmaz...***Hər bir millətin, eyni zamanda dövlətin qan yaddaşı var. Bu birmənalıdır. Və deyim ki, bütün hallarda normal, yəni ağlı başında olan biri üçün təhsil də, səviyyə də, kübarlıq da həmin qan yaddaşına uduzur. Həm də mütləq bir formada uduzur. Və ya məsələn biz elmli, ziyalı, dünyagörüşlü - filan ola bilərik, amma erməniyə münasibətdə humanist nöqteyi nəzərdən ya da tutaq ki, ümumbəşəri dəyərlər kontekstindən çıxış edə bilmərik. Əsla! Niyə? Çünki, beynimizdə bir kod var, beynimizdə bir ocaq var, eyni zamanda gəlbimizə, içimizə vurulan bir dağ var, damğa var. Bu söylədiyim baryeri isə hətta ən aristokrat halımızla belə görməzdən keçə bilmərik, unuda bilmərik. Bacarmarıq bunu! Amma ...insanlar var ki, keçir də, unudur da, bacarır da. Hətta bir tək unutmur, ardınca unutdurmağa cəhd edir. Və ya mənəviyyat – filan qalsın bir yanda, ictimai qınağı belə nəzərə almadan prosesi ütünə-üstünə gətirir, özünüifşanın kuliminasiyasına çatır, rəzilliyin qucağında oturur. Öz də maraqlı olan məqam bir də bilirsinizmi nədir? –Həmin estafetin az qala hər gün, ard-arda, kimlərləsə əvəzlənməsi…Əvvəlcə oyunu Əkrəm Əylisli başladı. Daş başına olmuş “Daş yuxular”ı ilə. Daha sonra dövriyəyə İbrahimbəyov girdi – “erməni ziyansız millətdir, onlarla bərabər yaşaya bilərik” - xitabı ilə. Ardınca Günel Mövlud - hansı ki, öz həmfikirlərinə məktub vasitəsilə sevgi dolu etiraflarını bildirdi. Və nəhayət..indi də Rauf Mirqədirov - Leyla Yunus dueti. Allah gerisindən saxlasın. Ayrıca, bunların iddia etdiyi fəlsəfi baxış bilirsinizmi nədir? – Biz təhsilliyik, dünyagörüşümüz fərqlidir, mövzuya daha praqmatik nöqteyi-nəzərdən yanaşırıq və s ilaxır. Həm də fərqinə varmadan ki, mənəviyyat və soy-kök olmayan yerdə təhsil də, elm də, hətta ən qlobal nöqteyi nəzərlər də bir qəpiklik dəyər daşımır, özünün bütün mahiyyətini itirir və nəhayət el dilində desək: andıra qalır…Bu arada isə mövzu yerinə düşmüşkən bir məşhur rəvayəti xatırladım: Demək bir gün padşah öz vəzirindən soruşur ki, təhsilmi önəmlidir, yoxsa zat, soy-kökmü? Vəzir “soy-kök önəmlidir, padşahım”-söyləyir. Hökmdar bu fikirlə razılaşmır və onun əksini sübut eləmək üçün ölkənin bütün təlimçilərini yığır bir araya və tapşırıq verir. Ki, filan pişiyə təlim öyrədin. Nə desək eləsin. Əlqərəz …bir müddət keçir və padşah yenidən vəziri öz hüzuruna çağırır. Vəzir baxır ki, həmin təlim keçən pişik də otaqdadı və doğrudan da əməlli-başlı insan kimi çay süzür, qonaqlara yemək aparır və s ilaxır. Elə bu dəmdə padşah öz vəzirinə növbəti dəfə eyni sualı verir: “Buna nə deyirsən? Təhsilmi önəmlidir, soy-kökmü”? Vəzirsə suala cavab vermədən bayaqdan cibində saxladığı siçovulu buraxır yerə. Və elə o andaca pişik əlindəki bütün qab-qacağı atıb düşür siçovulun dalinca. Vəzir gülümsəyərək deyir: “Söyləmişdim axı sizə padşahım, önəmli olan soy-kökdür”İndi misalı Leyla Yunusa yaxın, adam ha azərbaycanlı olmaq istəyir, ola bilmir ki, ola bilmir. Ha maraqli, istedadlı görünmək istəyir görünə bilmir. Çünki, içində bir iblis var, çünki içində bir yamaqlı xislət var, bir qaranlıq mənəviyyat var, bir qırıq zat var, bir erməni sevdası, bir erməni təəssübkeşliyi var. Ona görə də adam harda aş orda başdır. Yetər ki, ruhən və cismən bağlı olduğu həmin erməninin ortalıqda marağı olsun, söhbəti olsun, “razborkası”olsun.Leyla Yunusun rəhbəri olduğu ”Sülh Və Demokratiya İnstitutu” yarandığı gündən etibarən erməniyə meylli və bağlı olması ilə seçilib. Bu və ya digər formada. Bütün fəaliyyəti boyu. Və ələlxüsus da reallaşdırmış olduğu layihələrlə. Bu adamın Elçibəy dövründəki fəaliyyətini təftiş etməyəcəm. Hərçənd eyni adlı xətt həmin dövrdən başlayır. Amma deyim ki bu gün də haqqında söyləyəcəyimiz nələrsə var. Hətta gördüyümüzdə və eşitdiyimizdə bizi şok eləyən bəzi məqamlar var…Hələ 2012 –“Evrovizion” mahnı müsabiqəsi ərəfəsində demək olar bütün Beynəlxalq təşkilatlara və ermənipərəst qüvvələrə danoslar, eyni zamanda anonimlər məlum QHT-nin xətti ilə ötürülüb. Təbii, öncədən koordinasiya olunmuş bir təlimatla…Ardınca, 2013-ün yanvar ayında Leyla Yunus öz erməni həmfikirləri ilə bərabər “ictimai diskusiyalar”adlı sayt təsis elədi. Hansı ki, həmin saytın loqosunda belə Azərbaycanın işğal olunmuş əraziləri “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunurdu. Daha sonra 2013 Prezident seçkiləri – Bu dəfə özündən çox əri- Arif Yunus aktiv idi. Yenə də bəlli planlama ilə. Və, nəhayət, bu gün…hazırda bütün gündəmi zəbt edən Rauf Mirqədirov məsələsi….Adam növbəti dəfə ortalıqdadır. Növbəti canfəşanlığını edir. Və üstəgəl bir də Mirqədirov məsələsində adı keçən Baqdasaryanla bərabər bəyənat imzalayıb həmin canfəşanlığa növbəti qatqısını verməklə…Əlqərəz, hara getsə və neyləsə yanı başında olan adamların və adların milli mənsubiyyəti dəyişmir: erməni, erməni və bir daha erməni..! Səbəbsə sadədir: Çünki, bu insanın özü də erməni qanındandır, erməni mənsubiyyətindəndir və erməni xislətindəndir...***Dünən gec saatlarda Leyla Yunus və həyat yoldaşının hüquq - mühafizə orqanları tərəfindən saxlanma xəbəri yayıldı. Və bu xəbər anındaca bütün gündəmi zəbt edə bildi. Baxmayaraq ki, artıq bəlli qüvvələr, eyni zamanda məlum dairələr mövzunun istiqamətini dəyişmə çabasındadır. Əslində isə nə baş verir? Maraqlı olan bax budur...Əvvəla, Leyla Yunus aprelin 28-də Baş Prokurorluğa dəvət edilir, ona Rauf Mirqədirov işində adının keçdiyi xatırladılır və nəhayət ölkədən çıxmamağı haqqında xəbərdarlıq olunur. Düz 4 saatdan sonra isə Leyla Yunus artıq hava limanında idi. Həm də Fransa səfirliyindən iki saat müddətində almış olduğu viza ilə. Üstəgəl, bir tək viza ilə deyil, bir də həmin vizanı verən səfirlik nümayəndələrinin müşayiəti ilə! Bu yerdə isə adama soruşan gərək: Hara qaçırsan, niyə qaçırsan, günahın yoxdursa özünə niyə əl qatmısan? Və ya əl qatmaq demişkən, hava limanında çıxardığın oyunlar, tamaşalar, sərgilədiyin şoular, isterikalar, ürək-getmələr- filan nə idi bəs? Bunlar nəyə hesablanmışdı? Bəlkə, bütün bu baş verənlər səfir dostlarınla, eyni zamanda erməni həmfikirlərinlə bərabər yazdığınız ssenarinin davamı olub, bizim xəbərimiz yoxdur? Və ən nəhayət, gecənin bir vaxtı görəsən Fransa və Amerika səfirliyinin nümayəndələri orada nəyi itirmişdilər, tapa bilmirdilər? Bəlkə, iş saatı bitəndən sonra onlar taksi-filan sürür, ya da kimlərisə haralarasa transfer eləyib əlavə pul-para qazanırlar, yenə də bizim xəbərimiz yoxdur?Hər şey bax bu qədər qəliz, absurd və müəmmalıdır. Həm də haqqında danışdığım naxələflərin ucbatından! Eyni zamanda bu rəzilliyin ictimai-siyasi-hüquqi sferadakı adı da hər birimizə bəllidir: Xəyanət və Cinayət! Amma onlarınn bir də məişət adı var. Və heyf ki, həmin adı buradan, açıqca söyləmək mümkün deyil!Amma bir ipucu verə bilərəm: Deyilənə görə bu xislət sahiblərinin, leylakimilərinin 40 gün ömrü olur. Cəmi-cümlətanı 40-ca gün...İndi özünüz təxmin edin, söhbət kimlərdən gedir...
OXŞAR XƏBƏRLƏR