"Boka Xuniors” və "Atletiko Mineyro” komandaları arasında keçirilən Libertadores Kubokunun 1/8 final matçından sonra futbolçular arasında dava düşüb.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Penaltilərdən sonra qalib tərəf "Atletiko” olub. Lakin "Boka”nın oyunçuları 1:3 hesablı məğlubiyyəti həzm edə bilməyib və rəqibin soyunub-geyinmə otağına daxil olmağa cəhd ediblər.