Adil Məmmədov adlı jurnalist 2015-ci ilin son aylarında Azərbaycanı tərk edərək, Almaniyaya gedib və oradan sığınacaq istəyib.A. Məmmədov söyləyib ki, ötən ilin sonlarından Almaniyada mühacir həyatı yaşayır. O, mühacirət etməyinin əsas səbəbini belə izah edib: "Ötən ildən Almaniyada mühacir həyatı yaşayıram. Buna səbəb isə siyasi baxışlarım, eləcə də vaxtilə hazırladığım sujet və reportajların bəzi dairələrin maraqlarına zidd olması və bu səbəbdən də Azərbaycanda olduğum müddətdə təqiblərə məruz qalmağımdır. Burada nə zamana qədər qalacağımı bilmirəm, amma Azərbaycanda demokratik və şəffaf cəmiyyət qurulmayana qədər qayıtmaq fikrində deyiləm.”Məlumat üçün bildirək ki, A.Məmmədov “Dünya”, “Space” və “ANS” televiziyalarında çalışıb. Ən son isə o, Lider TV-nin “Səda” informasiya buraxılışında müxbir, “Bizim Səda” verilişinin isə aparıcısı olub. Lakin jurnalist 2015-ci ildə Lider TV ilə yollarını ayırıb.
