Dünən keçirilən "Azerbaijan Best Awards”-da mükafatlandırılanlar arasında Lider TV-nin əməkdaşı da var.
AZXEBER.COM xəbər verir ki, "Zirvə” Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə keçirilən "Azerbaijan Best Awards” (ABA) milli mükafatlandırma mərasimi baş tutub.
Mükafatlar sayılıb-seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media və şou biznes simalarına, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunub.
Lider TV-nin xəbərlər departamentinin prodüser və redaktoru əməkdar jurnalist Elnarə Dərziyeva da mükafat layiq görülüb.













































