Lider TV Azərbaycanın tanınmış simaları ilə birlikdə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə videoçarx hazırlayıb.
AZXEBER.COM xəbər verir ki, videoçarx üçün millət vəkili Qənirə Paşayeva, xanəndə Mənsum İbrahimov, xalq artisti Mübariz Tağıyev, xalq rəssami Ağaəli İbrahimov, məşhur idmançı Eduard Məmmədov, Qarabağ qazisi Kamil Musəvi və başqaları bir araya toplanıb.
"Xocalıya ədalət" devizi ilə çəkilən video Lider TV-nin rəsmi Youtube səhifəsində yerləşdirilib: