AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, ailə daxilində hüquqların pozulması artıq təkcə mülki öhdəlik deyil, həm də mənəvi məsuliyyət doğurur. Ali Məhkəmənin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" son qərarı bu sahədə boşluqları doldurur. Əsas yeniliklərdən biri uşaqla ünsiyyət hüququnun pozulması ilə bağlıdır. Əgər bir valideyn digərinin uşaqla görüşməsinə əsassız mane olursa, bu, həm uşağın, həm də valideynin şəxsiyyət hüququnun pozulması hesab edilir. Üstəlik, bu hüquq məhkəmə qərarı ilə deyil, uşaq doğulduğu andan yaranır.
Məhkəmənin izahında aliment məsələsinə də toxunulub.
Bəs mənəvi zərərin məbləği necə müəyyən olunur? Qanunvericilikdə konkret rəqəm varmı?











































