“Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırıldı

“Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırıldı
SOSİAL
17:30 10.01.2022
534
Bakıda qadını qətlə yetirən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, N.Həsənova bağlanmış "Lider" Televiziyasında texniki şöbədə işləyib.
OXŞAR XƏBƏRLƏR